NAXÇIVAN :

12 Aprel 2025, Şənbə

Naxçıvanda XI siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib

...

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə  XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib.
Monitorinqdə şagirdlərə Azərbaycan və ingilis dili fənlərinin hər birindən 30, riyaziyyat fənnindən isə 25 olmaqla, ümumilikdə,  85 sual təqdim olunub və 180 dəqiqə vaxt ayrılıb.
 ️19 mərkəzdə təşkil olunan  monitorinqdə 3800-ə yaxın  şagird iştirak edib.  
 Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub. 
Qeyd edək ki, təşkil olunan növbəti  monitorinq  2024-2025-ci tədris ilində keçirilən ödənişsiz üçüncü  buraxılış qiymətləndirmə monitorinqidir. 
Məlumat üçün bildirək ki, monitorinqdə istifadə olunan sualların düzgün cavabları yaxın saatlarda Nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək.

Nəşr edilib : 15.02.2025 14:17