NAXÇIVAN :

10 Avqust 2026, Bazar ertəsi

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

...

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 146 milyon manata yaxın vergi daxil olub.

Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,8 faiz və ya 5,4 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 104,4 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 9,5 faiz və ya 9,1 milyon manat artıb.

Ödənilən vergilərin 71,5 faizi qeyri-dövlət sektorunun, 28,5 faizi isə dövlət sektorunun payına düşüb.

2026-cı ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 2,8 milyon manatdan çox olub.

Nəşr edilib : 10.08.2026 15:35