NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda “uşaq oğrusu” ilə bağlı yayılan görüntülərə dair polisdən açıqlama

...

"Şərq qapısı" xəbər verir ki, ötən gün sosial şəbəkələrdə Naxçıvanda “uşaq oğrusunun peyda olması” ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. 
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntünü  sosial şəbəkələrdə yayan şəxsin azyaşlı olduğu müəyyən edilib və onunla valideynlə birgə profilaktik iş aparılıb, sosial şəbəkələrdən düzgün istifadə qaydaları barədə izahlar verilib.
Həmçinin azyaşlının valideynlərinə də övladlarının internet mühitində davranışına nəzarətin vacibliyi barədə xəbərdarlıq edilib.
Məlumatda əlavə olunub ki, Naxçıvan ərazisində uşaq oğurluğu, yaxud bu kimi təhlükəli hadisələrlə bağlı hər hansı bir fakt qeydə alınmayıb.

Nəşr edilib : 08.12.2025 10:48