NAXÇIVAN :

20 Iyun 2026, Şənbə

Naxçıvanda uşaq musiqi və incəsənət məktəblərinin məzunları üçün ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən tabeli regional mədəniyyət idarələrinin uşaq musiqi və incəsənət məktəblərində təhsil alan məzunlar üçün ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, 2025-2026-cı tədris ili üzrə təşkil olunan imtahanlar Naxçıvan şəhəri və rayonlarda olmaqla, ümumilikdə, 8 imtahan məntəqəsində keçirilir. Mərkəzləşdirilmiş qaydada təşkil olunan imtahanlarda, ümumilikdə, 623 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanlar müvafiq ixtisaslar üzrə formalaşdırılmış komissiyalar tərəfindən 5 ballıq qiymətləndirmə sistemi əsasında aparılır. Yekun nəticələr komissiya üzvlərinin verdiyi balların orta göstəricisi əsasında müəyyən ediləcək.
İlk dəfə tətbiq olunan mərkəzləşdirilmiş buraxılış imtahanları uşaq musiqi və incəsənət təhsilində qiymətləndirmə prosesinin vahid standartlar əsasında həyata keçirilməsinə, şəffaflığın və obyektivliyin artırılmasına, həmçinin tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.

Nəşr edilib : 17.06.2026 12:16