NAXÇIVAN :

21 Oktyabr 2026, Çərşənbə

Aytən Axundova: Avropa şirkətlərinin 57 faizi Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

...

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar biznes üçün əlverişli mühit yaradıb.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes-forumunda “Avropa İttifaqı-Azərbaycan Biznes Forumunun 2024–2026-cı” illər üzrə qrup rəhbəri Aytən Axundova “Azərbaycanda biznes iqlimi haqqında hesabat” adlı təqdimatında deyib.

O bildirib ki, ölkədə biznes mühitinin qənaətbəxş olması müsbət göstəricidir: “Bu ilin nəticələri ötən il əldə etdiyimiz nəticələrə müəyyən qədər bənzəyir. Lakin bir qədər aşağıdır ki, bunun da səbəbi regiondakı geosiyasi vəziyyət ola bilər. Ötən il olduğu kimi, bu il də sosial və siyasi sahələdə sabitlik müşahidə olunub. Enerji resurslarının ixracı etibarlı şəkildə həyata keçirilib və öhdəliklər yerinə yetirilib. Logistika, daşımalar və əlaqələrin səmərəliliyi də digər müsbət məqamlar arasında yer alıb”.

Qrup rəhbəri keçirdikləri sosiaoloji sorğunun nəticələrini açıqlayaraq bildirib ki, Avropa şirkətlərinin 57 faizi Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş hesab edir: Onlar burada həyata keçirdikləri işlərin nəticəsində bu qənaətə gəliblər”.

Nəşr edilib : 21.10.2026 11:28