NAXÇIVAN :

21 Oktyabr 2026, Çərşənbə

İşğaldan azad edilmiş ərazilərdə daha 105 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar qurulub

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsindən  verilən məlumata görə, bu dəfə Ağdərə, Ağdam, Xocalı, Cəbrayıl, Xocavənd və Laçın rayonlarında daha 105 sakinə proqram çərçivəsində aktivlər təqdim olunub. Verilmiş aktivlər hesabına onlar qoyunçuluq üzrə kiçik təsərrüfatlarını yaradıblar.

Proqramın iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Ümumilikdə işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 1116 sakin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını qurub.

Nəşr edilib : 21.10.2026 12:33