Türkiyədə bina uçub, dağıntılar altında qalanlar v...
22:24 24.01.2025
0
0
0
Yanvarın 24-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında Beynəlxalq Təhsil Günü münasibətilə STEAM təhsili üzrə “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifələrinin müvəqqəti icraçısı Şikar Hüseynov bildirib ki, son illərdə dünyanın elm və texnologiyalar sahəsində sürətli inkişafı, əldə edilən əhəmiyyətli nailiyyətlər qarşıya yeni vəzifələr qoyur, gənclərimizi gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlayır. Şagirdlər bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya bilir. Bu günə kimi muxtar respublikanın ümumtəhsil məktəblərində 154 təhsil müəssisəsində STEAM kabinələrinin yaradıldığını diqqətə çatdıran Şikar Hüseynov qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq yaxın günlərdə əlavə olaraq 50 təhsil müəssisəsində kabinələr qurulacaq və 154 kabinə STEAM avadanlıqları ilə zənginləşdiriləcək.
Şikar Hüseynov müsabiqə iştirakılarına uğurlar arzulayıb.
Daha sonra müsabiqəyə start verilib. Müsabiqəyə muxtar respublikanın ümumtəhsil məktəblərindən 200-ə yaxın şagird yaşıl texnologiyalarla bağlı 60 layihə təqdim edib.
Müsabiqənin qiymətləndirilməsi STEAM Təlim-Tədris Mərkəzinin təlimçiləri tərəfindən aparılıb və qalib komandalar medal, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqənin təşkilində məqsəd ekoloji problemlərin mahiyyətini və ətraf mühitin qorunmasının vacibliyini şagirdlərə aşılamaq, onlarda ekoloji şüur və məsuliyyət hissini inkişaf etdirməkdir.
Digər xəbərlər