NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 4568 şagird iştirak edib

...

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM)  tərəfindən muxtar respublikanın bütün ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının bütün bölgələrini əhatə etməklə 17 binada keçirilən imtahanlarda, ümumilikdə, 4568 şagird iştirak edib. İmtahanların  idarə olunmasına 60 rəhbər və 465 nəzarətçi ayrılıb.
 Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Nəşr edilib : 26.04.2026 14:00