NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir

...

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM)  tərəfindən muxtar respublikanın bütün ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir. 
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının bütün bölgələrini əhatə etməklə 17 binada keçirilən imtahanlarda, ümumilikdə, 4568  şagird iştirak edir. İmtahanların  idarə olunmasına 60 rəhbər və 465 nəzarətçi ayrılıb. 
Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edəcək.

Nəşr edilib : 26.04.2026 10:00