Azərbaycan-Mərakeş parlamentlərarası münasibətləri...
18:12 06.04.2025
0
0
0
NAXÇIVAN :
06 Aprel 2025, Bazar 16:49
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli
adına Sərgi Salonunda Türkiyənin Hacı Bayram Vali Universitetinin İncəsənət fakültəsi müəllimləri Zeliha Kayahan və Fırat Çağrı Kırmızıgülün “Yansımalar və günlüklər” adlı yaradıcılıq sərgisi açılıb.
Tədbirdə Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, Bəhruz Kəngərli adına Sərgi Salonunda 2010-cu ildən bəri mütəmadi olaraq maraqlı sərgilər təşkil olunur. Sərgilər təkcə ölkəmizin rəssamları üçün deyil, eləcə də xaricdən bir çox rəssamın əsərlərinin nümayişi üçün nəzərdə tutulur. Ənənəvi olaraq keçirilən “Naxçıvan bəşəriyyətin beşiyi” adlı beynəlxalq sərgilərimizdə də Türkiyə Respublikasından bir çox rəssamlar qatılır. Biz də hər zaman qardaşlıq və dostluq münasibətlərimizi önə çəkək. Bu sərgidən öncə GESAM rəssamlar dərnəyinin üzvləri Nilufər İnaltonq, keramikaçı rəssam Zəhra Önkara Çobanlı, Şefkat İşleqen kimi rəssamların əsərlərini nümayiş etdirmişik. Belə sərgilərin keçirilməsi sənət körpülərinin yaradılmasında və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynayır. Gələcəkdə də bu cür sərgilərin keçirilməsinə öz səyimizi göstərəcəyik.
Sərginin kurotoru Naxçıvan Dövlət Universitetinin İncəsənət
fakültəsinin müəllimi, rəssam Həmid Məhərrəmov ənənəvi texnikalarla müasir texnologiyaların qovuşduğu bu dövrdə sənət təkcə estetik bir ifadə deyil, həm də dərin fəlsəfi və konseptual mənaları ehtiva edən universal bir dil olduğunu bildirib. “Yansımalar və günlüklər” adlı sərgi də məhz bu konseosiyanı özündə əks etdirir deyərək yaradılan şəraitə və təşəbbüskarlığa görə minnətdarlığını bildirib.
Sonra Naxçıvan Müəllimlər İnstitunun İncəsənət kafedrasının müdiri, Ali Məclisin deputatı Həbibə Allahverdiyeva, sənətşünas-alim Nizami Aliyev, Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov sərgi haqqında fikirlərini bildirib, rəssamlara yaradıcılıq yollarında uğurlar arzulayıblar.
Qeyd edək ki, martın 7-nə kimi davam edəcək sərgidə 80-ə yaxın dijital rəsm sərgilənir.
Aidə İBRAHİMOVA
Digər xəbərlər