Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezid...
14:02 19.08.2026
0
0
0
Ali təhsil müəssisələrinə qəbul imtahanında IV ixtisas qrupu üzrə 1036 nəfər 500-600 arasında bal toplayıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2026/2027-ci tədris ili üçün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul planına əsasən Azərbaycan bölməsinə 3733, rus bölməsinə 335, hər iki bölmənin birgə müsabiqəsi üzrə 980 yer olmaqla, ümumilikdə 5048 plan yeri ayrılıb. Dövlət sifarişi əsasında ayrılan plan yerlərinin sayı isə 3551-dir.
Qeyd edək ki, imtahan nəticələrinə əsasən IV ixtisas qrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 4 min 582, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 5 min 419 abituriyent qəbul müsabiqəsində iştirak hüququ əldə edib.
Digər xəbərlər