NAXÇIVAN :

19 Avqust 2026, Çərşənbə

Dördüncü ixtisas qrupunda 600-dən çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

...

Ali təhsil müəssisələrinə qəbul imtahanında IV ixtisas qrupu üzrə 600-dən çox bal toplayan abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, imtahan nəticələrinə əsasən IV ixtisas qrupu üzrə 600 və daha çox bal toplayan 1212 nəfər abituriyent qeydə alınıb. Onlardan 1103 nəfəri Azərbaycan, 109 nəfəri isə rus bölməsi üzrə imtahan verənlərdir.

Qeyd edək ki, 2026/2027-ci tədris ili üçün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ümumilikdə 5048 plan yeri ayrılıb. Onlardan 3551-i dövlət sifarişi əsasında nəzərdə tutulub. Əczaçılıq ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 5 yerin, ictimai səhiyyə ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 10 yerin və stomatologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 7 yerin müsabiqəsində Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Nəşr edilib : 19.08.2026 12:43