NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Naxçıvanda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir keçirilib

...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il may ayında bütün dünyada “Türk mətbəxi həftəsi” keçirilir.

"Şərq qapısı" xəbər verir ki, “Türk mətbəxi həftəsi” çərçivəsində mayın 20-də Naxçıvan Muxtar Respublikasında Türkiyə Baş Konsulluğunun iqamətgahında tədbir təşkil olunub. Tədbirdə dövlət, hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və Baş konsulun müavini Ayşe Şengül Yıldırım ölkələrinin zəngin mətbəx ənənələrindən danışıb. Vurğulayıblar ki, "Türk mətbəxi həftəsi” Türkiyənin ənənələrini, zəngin mətbəxini dünyaya tanıdır.

Tədbirdə türk mətbəxinin tarixindən bəhs olunub və bu mətbəxə aid təamlar təqdim edilib.

Nəşr edilib : 20.05.2026 15:27