İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azə...
22:32 22.01.2026
0
0
0
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Özgəyə quyu qazan” tamaşasının bunraku üslubunda premyerası keçirilib. Bu üslub Naxçıvan Kukla Teatrında ilk dəfə tətbiq olunaraq tamaşaçılara tamamilə yeni və yüksək səviyyəli teatr təcrübəsi bəxş edib.
Bunraku üslubunu Naxçıvana və Kukla Teatrına elə teatrın bədii rəhbəri və direktoru Səyyad Məmmədov gətirib və uğurla tətbiq edib. Onun sənətə yenilikçi yanaşması, kollektivin böyük zəhməti və peşəkarlığı nəticəsində tamaşa səhnədə canlı bir tabloya çevrilib.
Tamaşanın yaradıcı heyəti–quruluşçu rejissor Səyyad Məmmədov, quruluşçu və Əməkdar rəssam Sabir Məmmədov, musiqi tərtibatçısı Əli Məmmədov, rejissor assistenti isə Türkan Məmmədovadır.
Tamaşada obrazlar: Ağ dovşan–Əfqanə Ələsgərova, Boz dovşan– Sadiq Əliyev, Çaqqal– İlqar Babayev, Tülkü–Nigar Əhmədova, Şir–Süleyman Süleymanov, Ayı–Sənan Abutalıbov tərəfindən tamaşaçılara təqdim olunur.
Səhnə tərtibatı, kuklaların incə işlənmiş hərəkət texnikası və musiqi həllinin bütövlüyü “Özgəyə quyu qazan”ı adi bir tamaşadan çıxarıb yüksək sənət nümunəsinə çevirdi. Tamaşaçılar bunraku üslubunun yaratdığı vizual möcüzə və emosional dərinlik qarşısında heyranlıqlarını gizlədə bilmədilər.
Əsərdə verilən ali ideya “Özgəyə qazılan quyu bir gün insanın öz yolunu kəsər” səhnənin güclü dramaturji quruluşu sayəsində daha təsirli və yaddaqalan formada təqdim olunub.
Bu premyera ilə Naxçıvan Dövlət Kukla Teatrı öz yaradıcılıq sərhədlərini genişləndirərək regionda yenilikçi teatr düşüncəsinin öncüsü olduğunu bir daha sübut etdi. Tamaşa həm sənət sevərlərin, həm də mütəxəssislərin fikrincə, yaxın illərin ən uğurlu və yenilikçi tamaşalarından biri kimi qiymətləndirilir.
Digər xəbərlər