NAXÇIVAN :

10 Mart 2025, Bazar ertəsi

Naxçıvanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən  muxtar respublikanın bütün ümumi təhsil müəssisələrinin 11-ci sinfini bitirən şagirdlər üçün buraxılış imtahanı keçirilib. 
“Şərq qapısı” xəbər verir ki, imtahan muxtar respublikanın  bütün bölgələrini əhatə etməklə 17 binada keçirilib. İmtahanda, ümumilikdə,  3978 abituriyent  iştirak edib. İmtahanın idarə olunmasına 52 imtahan rəhbəri, 407 nəzarətçi cəlb olunub.
Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Nəşr edilib : 09.03.2025 14:04