NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvanda sertifikatlaşdırılma prosesinin 2-ci dövriyyəsinin test mərhələsi 4 mərkəzdə keçiriləcək

...

"Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 2-ci dövriyyəsinin test mərhələsi 4 mərkəzdə təşkil olunacaq". 
“Şərq qapısı” xəbər verir ki, bu sözləri təhsilverənlərin sertifikatlaşdırılma prosesinin ikinci dövriyyəsi ilə bağlı media nümayəndələri üçün brifinqdə çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
Nazir qeyd edib ki, test mərhələsi Naxçıvan şəhər 4, 10, 11 nömrəli tam orta məktəblərdə və Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində reallaşdırılacaq. 2021-ci ildə ilk imtahan kağız daşıyıcılarında olmuşdursa, 2026-cı ildə bu elektron formada təşkil ediləcək və müəllim imtahan zalındaca nəticəsini öyrənə biləcək. Bu həm şəffaflığın, həm də təhlükəsizlik baxımından önəmli məsələdir.

Nəşr edilib : 24.02.2026 17:21