NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Naxçıvanda sərmayə kapitalından 192 qadın faydalanıb

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın va Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınlara özünüməşğulluğu təmin etmək məqsədilə sərmayə kapitalı təqdim edir. Sərmayə kapitalı gəlir və ya qiymət artımı əldə etmək üçün həyata keçirilən bir aktivdir. Bu dəstək aztəminatlı ailələrə məxsus qadınların müxtəlif sahələrdə fəaliyyət göstərmələrinə imkan yaradır. 

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva  bildirdi ki,  indiyə qədər komitə tərəfindən verilmiş sərmayə kapitalından 192 qadın faydalanıb. Bu qadınlar komitə tərəfindən müxtəlif sahələrdə dəstəklənərək təsərrüfat və əl işləri kimi işlərdə fəal iştirak edir və qazandıqları gəlirlərlə öz iqtisadi vəziyyətlərini yaxşılaşdırmağa çalışırlar. Sərmayə kapitalından səmərəli istifadəni təmin etmək üçün komitə müntəzəm monitorinqlər aparır. Bu isə sərmayə alan qadınların təsərrüfat sahələrinə nəzarət edərək vəsaitlərdən düzgün istifadə məqsədi daşıyır.

Könül Babayeva deyir ki, aparılan monitorinqlər nəticəsində heç bir nöqsan aşkar edilməyib. Belə ki, sərmayə kapitalından yararlanan qadınlar öz iqtisadi imkanlarını genişləndirə bilir və yeni bacarıqlara yiyələnərək məhsuldar fəaliyyətlərə davam edirlər. Komitə tərəfindən təlimlərdə dəstək alan bu qadınlar həm öz ailələrinə, həm də cəmiyyətə faydalı olma imkanı əldə ediblər. Qadınların sahibkarlıq və kiçik bizneslə məşğul olması, eləcə də ailə təsərrüfatlarının qurulması və genişləndirilməsi istiqamətində sosial layihələr icra olunub, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilib.

Ümumilikdə,  Azərbaycan Respublikası Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadin va Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 17 təsərrüfat sahəsi üzrə  192 qadına 156 min 250 manat dəyərində sərmayə kapitalı verilib. Komitə tərəfindən mütəmadi olaraq aparılan monitorinqlərdə qadınların sərmayə kapitalından düzgün istifadə etdikləri müəyyən edilib.

Sərmayə əldə edən xanımlar çaılşmalıdır ki,  müəyyən gəlir əldə edib və zamanla alınan malın dəyərini artıraraq sahibkarlıq subyektlərini genişləndirsinlər.

Bülbül QULİYEVA

Nəşr edilib : 25.11.2024 11:59