Fuad Muradov Nyu-Yorkda bir sıra görüşlər keçirib...
17:19 18.08.2026
0
0
0
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir.
“Şərq qapısı” xəbər verir ki, yarmarkanın keçirilməsində məqsəd xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliği, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsi və istedadlarının üzə çıxarılmasıdır.
Qeyd edək ki, sərgi-satış yarmarkası bu gündən etibarən 10 gün müddətində davam edəcək.
Digər xəbərlər