Şahbuzda tikili, Şərurda isə taxıl sahəsi yanıb...
18:29 12.03.2025
0
0
0
Bu ilin yanvar-fevral aylarında Naxçıvanda özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 8 layihə maliyyələşdirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, layihələrin maliyyələşdirilməsinə 240 min manat vəsait sərf olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,9 faiz çoxdur.
Verilən kreditlərin 66,7 faizi kənd təsərrüfatına, 33,3 faizi isə xidmət sahələrinə yönəldilib.
Bu ilin 2 ayı ərzində verilən güzəştli kreditlərin 1,5 milyon manatının geri qaytarılması təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz çoxdur. Həmçinin bu müddətdə 73,4 min manat vaxtı keçmiş kreditin qaytarılması təmin edilib.
Digər xəbərlər