COP29-da Aİ və 25 ölkə kömür elektrik stansiyaları...
13:59 23.11.2024
0
0
0
Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM Təlim-Tədris Mərkəzində Nazirliyə tabe şagird sayı 151-500-dək olan ümumtəhsil müəssisələrinə vakant direktor vəzifəsi üçün keçirilən test mərhələsində uğur qazanan namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.
Qeyd edək ki, oktyabrın 6-da Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada şagird sayı 151-500-dək olan ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün keçirilən test imtahanında 12 namizəd keçid balını toplayaraq uğur qazanıb. Müsabiqəyə isə 4 direktor vəzifəsi çıxarılıb.
Namizədlər müsahibə proqramı ilə https://n9.cl/to8v4 linkindən tanış ola bilərlər.
Məlumat üçün bildirək ki, vakant direktor vəzifəsi üzrə imtahanlar “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın müvafiq bəndinə uyğun olaraq keçirilir.
Digər xəbərlər