NAXÇIVAN :

06 Fevral 2026, Cümə

Naxçıvanda qeyri-sabit hava şəraiti hökm sürür

...

Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində qar yağışı dayanıb, bəzi ərazilərdə isə davam edir. Biçənək kəndində bu gün yağan qarın hündürlüyü 10 santimetr təşkil edib, ümumilikdə, qar örtüyünün qalınlığı 48 santimetrə çatıb və hazırda yağıntı dayanıb. Kəngərli rayonunda qar yağıntısı dayanıb, bu gün yağan qarın hündürlüyü 4 sm, köhnə qarla birlikdə isə 7 sm təşkil edir. Ordubad rayonunda qar yağıntısı dayanıb, bu gün yağan qarın hündürlüyü 2 sm təşkil edib. Parağaçay Qar Uçqunu Stansiyasında isə zəif qar yağıntısı davam edir.

Nəşr edilib : 02.01.2026 17:55