Naxçıvan Dövlət Universitetində “Ulu Öndərin Xatir...
19:37 05.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı" qəzetinə verilən məlumata əsasən muxtar respublikada may ayının 5-dən 11-dək qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunacaq. Havanın fasilələrlə yağıntılı keçəcəyi, bəzi bölgələrdə şimşək çaxacağı, intensiv yağış, dolu, qar və sulu qarın yağması ehtimal olunur.
Mayın 7-dən etibarən yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Şərq küləyinin üstünlük təşkil edəcəyi, küləyin sürətinin arabir 18 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturunun gecə saatlarında 5-10° isti, gündüz isə 19-24° isti olacağı bildirilir. Yağıntıların təsiri ilə çaylarda sululuğun artacağı, bəzi dağlıq ərazilərdə isə qısamüddətli daşqın və ya sel hadisələrinin baş verməsi proqnozlaşdırılır.
Digər xəbərlər