NAXÇIVAN :

11 Mart 2025, Çərşənbə axşamı

Naxçıvanda qəbiristanlıqda fəhlə kimi çalışan və narkotik vasitələrin qaçaqmalçılığında təqsirləndirilən şəxsə hökm oxunub

...

"Şərq qapısı" xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən Sahil Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Əsədov Sahil Arzu oğlu 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Əsədova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə ittiham irəli sürülüb.

Nəşr edilib : 10.03.2025 20:46