Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Naxçıvan Muxtar Respublikasında qadınların məşğulluğuna daim dəstək verilir.
Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2022-ci ildə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi həyata keçirilib. Layihənin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini artırmaq, mikro və kiçik biznesləri inkişaf etdirmək, onların bacarıqlarını daha da gücləndirməkdir.
Layihə çərçivəsində 64 qadına, ümumilikdə, 70 min manat məbləğində sərmayə kapitalı təqdim olunub. Bu proqram çərçivəsində qadınlara biznes ideyalarını reallaşdırmaq, yeni təsərrüfat sahələri yaratmaq və mövcud fəaliyyətlərini genişləndirmək üçün maliyyə və təlim dəstəyi verilib. Verilmiş sərmayə kapitalının 77 faizi ailə təsərrüfatlarının, 23 faizi isə dərzilik, dekorativ-tətbiqi sənət və digər sənətkarlıq sahələrinin yaradılması və ya genişləndirilməsi məqsədilə ayrılmışdır.
Layihənin ən önəmli tərəflərindən biri də qadınların əldə etdiyi real uğurlardır. Belə ki, layihə iştirakçısı Şərur rayonunun Püsyan kənd sakini Quluzadə Təhminə Lətif qızı 1 baş balalı iribuynuzlu heyvanla başladığı təsərrüfatını 6 başa qədər genişləndirib. Qadınların təsərrüfatlarını daha da genişləndirməsi maraqlarında olan məsələlərdəndir.
Eyni uğura həmin kənd sakini, digər bir layihə iştirakçısı olan Qənbərova Naibə Novruz qızı da imza atıb. O, layihədən aldığı dəstəklə iribuynuzlu heyvanlarının sayını 3-ə çatdırıb. Artıq bu ailələr əldə etdikləri ət və süd məhsullarını sataraq əlavə gəlir əldə edir, ailə büdcələrini gücləndirirlər.
Qeyd edək ki, son 3 il ərzində layihəyə qoşulan qadınlar təqdim edilən sərmayədən maksimum fayda götürüb. Mütəmadi olaraq komitə tərəfindən aparılan monitorinqlərdə qadınların fəaliyyətində heç bir nöqsan aşkarlanmayıb. Keçirilən bütün monitorinqlərdə qadınlar göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlıq ediblər. Bu layihələr, xüsusilə də kənd yerlərində qadınların məşğulluğunun artırılmasına, ailələrin rifahının yaxşılaşmasına böyük töhfə verir.
Digər xəbərlər