Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaş...
23:23 10.02.2026
0
0
0
Ötən ilin yanvar-dekabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 366 milyon 340 min 200 manat təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu da ötən illə müqayisədə 4,0 faiz çoxdur.
Ticarət şəbəkəsində 703 milyon 665 min 200 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 662 milyon 675 min manatlıq qeyri-qida məhsulları satılıb.
2025-ci ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 198 milyon 489 min 600 manat olub ki, bu da 2024-cü illə müqayisədə 0,3 faiz çoxdur
Digər xəbərlər