NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Naxçıvanda məskunlaşma artıb, 70 ailə geri qayıdıb

...

Muxtar respublikanın şəhər və rayon icra hakimiyyətlərinin təqdim etdiyi siyahılara əsasən cari ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikaya geri qayıdan şəxslərin sayı, ümumilikdə, 312 nəfər olub. 

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, geri qayıdanların 182 nəfərini kişilər, 130 nəfərini isə qadınlar təşkil edib. Həmin şəxslərdən 47-si Naxçıvan şəhərində, 109-u Şərur, 22-si Babək, 3-ü Ordubad, 39-u Culfa, 2-si Kəngərli, 23-ü Şahbuz və 67-si Sədərək rayonlarında qeydə alınıb. 

Muxtar respublikaya 214 nəfərdən ibarət 70 ailə, o cümlədən Naxçıvan şəhərində 31 nəfərdən ibarət 10, Şərur rayonunda 91 nəfərdən ibarət 28, Babək rayonunda 15 nəfərdən ibarət 5, Ordubad rayonunda 3 nəfərdən ibarət 1, Culfa rayonunda 27 nəfərdən ibarət 8, Şahbuz rayonunda 15 nəfərdən ibarət 6 və Sədərək rayonunda isə 32 nəfərdən ibarət 12 ailə geri qayıdıb. Bundan əlavə, 98 nəfər tək olaraq muxtar respublikaya geri qayıdan vətəndaşlardır.

Muxtar respublikaya geri qayıdanlardan 174-ü Türkiyədən, 10-u Rusiyadan, 2-si Qazaxıstandan, 1-i Amerika Birləşmiş Ştatlarından, 1-i Almaniyadan, 1-i Ukraynadan, 123-ü isə Bakı şəhərindən, Abşeron, Ağcabədi və İsmayıllı rayonlarından olub. Həmin şəxslərin 28-i yanvar, 35-i fevral, 28-i mart, 22-si aprel, 37-si may, 13-ü iyun, 9-u iyul, 44-ü avqust, 51-i sentyabr və 45-i isə oktyabr aylarında geri qayıdıb.

Nəşr edilib : 15.11.2024 11:52