NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə işə qəbul üçün test imtahanı mərhələsi təşkil olunub

...

Fevralın 22-də Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq  işə qəbul üçün  test imtahanı mərhələsi təşkil olunub.
Test mərhələsində 27 noyabr- 
4 dekabr tarixləri arasında ölkə üzrə elan olunan sənəd qəbulunda iştirak edən, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində çalışan 17 namizəd iştirak edib.
Qeyd edək ki, test imtahanı mərhələsində hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və  məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilib. 
 Məlumat üçün bildirək ki, hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq.

Nəşr edilib : 22.02.2025 15:05