NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üçün müsabiqənin müsahibə mərhələsi təşkil olunub

...

Aprelin 16-da Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üçün müsabiqənin müsahibə mərhələsi təşkil olunub. 
Müsahibə mərhələsində məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə işə qəbul üçün Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq keçirilən test imtahanında uğur qazanan 8 namizəd iştirak edib. 
Müsahibə mərhələsində ekspert qismində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikası Təhsil İnstitutunun mütəxəssisi də onlayn qaydada namizədlərin qiymətləndirilməsində iştirak edib.  
Qeyd edək ki, bu mərhələdə namizədlərin ünsiyyət və təqdimat bacarıqları, liderlik və idarəetmə keyfiyyətləri, eləcə də məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq müvafiq meyarlar üzrə  qiymətləndirilib. 
Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat yaxın günlərdə nazirliyin rəsmi sosial şəbəkə hesablarında yerləşdiriləcək.

Nəşr edilib : 16.04.2025 19:34