"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
NAXÇIVAN :
30 Aprel 2025, Çərşənbə
Aprelin 29-da Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Məhkəmə Ekspertizasının nəzəri və təcrübi məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.
Konfransı giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin dekanı, fəlsəfə elmləri doktoru Yusif Hüseynov açaraq tədbirin əhəmiyyətindən bəhs edib. Dekan məhkəmə ekspertizasının müasir hüquqi sistemdə mühüm rol oynadığını, bu sahədə elmi biliklərlə yanaşı praktiki bacarıqların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin dekanı, fəlsəfə elmləri doktoru Yusif Hüseynov və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov tədbirdə çıxış edərək məhkəmə ekspertizasının hüquqi və praktik əhəmiyyətindən danışıblar.
Daha sonra məruzələr dinlənilib.
Cavid Əliyev “Cinayətlərin açılmasında və cinayətkarların müəyyən olunmasında əl-barmaq izlərinin əhəmiyyəti, onların müəyyən edilməsi, götürülməsi və qablaşdırılması qaydaları” mövzusunda çıxış edib.
Elman Abbasov “Hadisə yerinə baxışın nəticələrinin rəsmiləşdirilməsi” məsələsinə toxunub.
Seyran Məmmədova isə “Məhkəmə psixoloji ekspertizasının aparılmasının nəzəri və praktiki məsələləri” haqqında məlumat verib.
Konfransın sonunda mövzularla bağlı suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb və gələcəkdə bu sahədə birgə elmi layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Digər xəbərlər