Ərdoğan: Türkiyə yerləşdiyi coğrafiyanın sahibidir...
17:07 11.04.2025
0
0
0
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır.
Belə ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən aparılan işlər davam etdirilir.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, tələbatın müasir standartlara uyğun qurulması məqsədilə 26 adda musiqi alətinin alınması üçün müqavilə bağlanılıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin
mətbuat xidməti
Digər xəbərlər