SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə lay...
15:13 22.10.2026
0
0
0
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistratura qəbul imtahanının II cəhdi keçirilib.
“Şərq qapısı” xəbər verir ki, imtahan Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəb binalarında təşkil olunub. İmtahanda, ümumilikdə, 567 bakalavr iştirak edib. İmtahanın idarə olunmasına 6 imtahan rəhbəri və 55 nəzarətçi cəlb olunub.
Qeyd edək ki, saat 10:00-da başlayan imtahan 3 saat 30 dəqiqə davam edib.
Digər xəbərlər