Bahar Muradova: Qızların elmə marağının dəstəklənm...
15:46 22.10.2026
0
0
0
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyanın "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə mövcud əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında məlumat verib.
Nazir bildirib ki, bu barədə İtaliyaya işgüzar səfəri çərçivəsində "Eni" şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə keçirilən görüşdə tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
O qeyd edib ki, Azərbaycanda bioyanacaq istehsalı üzrə birgə pilot layihənin gedişi, enerji keçidi və texnoloji təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Digər xəbərlər