NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda magistral su xəttində qəza baş verib

...

"Şərq qapısı" xəbər verir ki, şəhərin Nizami, C.Məmmədquluzadə, N.Tusi, V.Qasımov küçələrini, N.Naxçıvani məhəlləsini və Tumbul kəndini içməli su ilə təmin edən magistral xətdə qəza baş verib. Baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu ərazinin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər 10 dekabr tarixdə gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Nəşr edilib : 10.12.2025 12:11