Türkiyənin diviziya generalı Azərbaycanın İstanbul...
00:33 08.01.2025
0
0
0
NAXÇIVAN :
08 Yanvar 2025, Çərşənbə
Naxçıvanda bayram günlərində kommunal ödənişlərin yalnız Naxçıvan Mərkəzi Poçt Şöbəsindən ödənilməsi insanların ödəniş zamanı sıxlığı ilə müşahidə olunur. Müasir dövrün texniki imkanlarının bu qədər inkişaf etdiyi bir zamanda hələ də elektirik və qaz ödənişlərini terminallardan ödəyə bilməmək haqlı olaraq vətəndaşların narazılığına səbəb olur.
Mirabdulla Seyidov deyir ki, ötən günlərdə şəhərimizdə yerləşən terminalların birindən gecə saatlarında qaz ödənişini etsəm də, həmin məbləğ karta yüklənmədi. Bir gün sonra aidiyyəti quruma bir neçə dəfə zəng və müraciətdən sonra məsələni həll etmək mümkün oldu.
Aytən Əsgərova da kommunal ödənişlərin terminallar vasitəsilə ödənilə bilməməsi ilə bağlı öz narazılığını bildirdi. Bütün dünyada ödənişlər mobil tətbiqlər vasitəsilə həyata keçirilir, lakin biz hələ də bu imkanlardan yararlana bilmirik. Səhər oyanmışam ki, qazımız kəsilib. Evimizə yaxın poçt bölməsinə getdim, lakin bağlı idi. Mən də Mərkəzi Poçta üz tutdum. Düz yarım saatdır ki, buradayam. Ödəniş üçün öz növbəmi gözləyirəm.
“Naxçıvanpoçt" publik hüquqi şəxsin əməkdaşı Sevinc Rzayeva məsələyə aydınlıq gətirdi. Dedi ki, “Naxçıvanpoçt" publik hüquqi şəxsin sosial hesablarında və rəsmi saytında bayram günlərində ödənişlərin yalnız Naxçıvan Mərkəzi Poçt Şöbəsindən ödəniləcəyi haqqında məlumat verilib. Hazırda əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır. Abonentlərin ödənişini yerinə yetirmək üçün 7 əməkdaş fəaliyyət göstərir.
Sevinc xanım onu da qeyd etdi ki, kommunal ödənişlərin terminallar vasitəsilə ödənilməsindəki problemlər və ya ümumiyyətlə, ödənilməsinin namümkünlüyündə poçt heç bir öhdəlik daşımır.
Ümid edirik ki, vətəndaşların bu kimi problemləri tezliklə öz həllini tapar, müvafiq qurumlar məsələ ilə bağlı lazımi tədbirlər həyata keçirər.
Digər xəbərlər