Ötən ay Azərbaycanda qanunsuz yaşayan 132 əcnəbi ö...
10:56 13.08.2026
0
0
0
Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 56.096 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 4,0 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 1926 olub. 2026-cı ilin yanvar-iyul aylarında kommersiya qurumlarının 85,8 faizi elektron, 14,2 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.
Digər xəbərlər