Karate üzrə muxtar respublika birinciliyi və çempi...
16:13 07.12.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi binasının layihələndirilməsi xidmətinin satınalınmasına başlayıb.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, uyğun layihə seçildikdən sonra binanın tikintisinə başlanacaq. Yeni binanın tikintisi mərkəzin fəaliyyətlərinin daha da genişlənməsinə xidmət edəcək. Hazırda nazirliyin binasında yerləşən Laboratoriyalar Mərkəzi fermerlərə torpaq analizlərinin, aqrokimyəvi analizlərin aparılması ilə bağlı xidmətlər göstərir.
Qeyd edək ki, torpaq analizləri aqrar subsidiyaların alınması üçün vacib prosedurlardandır.
Digər xəbərlər