Yel babadan oyanış nəfəsi
00:05 10.03.2026
0
0
0
Bugün Naxçıvanda keçirilən “Azərbaycan gəncliyi: Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək” adlı tədbir xüsusi əhəmiyyət daşıyır. Belə tədbirlər gənclərin milli ideologiya, dövlətçilik ənənələri və müasir inkişaf strategiyaları barədə biliklərini dərinləşdirməklə yanaşı, onları fəal vətəndaş mövqeyinə təşviq edir.
Tədbir çərçivəsində Ulu Öndərin gənclərə yönəlmiş siyasi xəttinin bu gün də aktuallığını qoruması, bu ideyaların müasir dövrün çağırışları ilə uzlaşdırılması xüsusi vurğulandı. Gənclərin intellektual potensialının, liderlik bacarıqlarının və təşəbbüskarlığının dəstəklənməsi ölkənin dayanıqlı inkişafı üçün əsas amillərdən biri kimi olması qeyd olundu.
Bu kimi tədbirlər gənclərin fikirlərini bölüşməsi, yeni baxışlar qazanması və gələcək hədəflərini daha aydın müəyyən etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvanda keçirilən bugünkü tədbir də məhz bu baxımdan gənclərin inkişaf yolunda dəyərli bir addım kimi yadda qaldı.
Əziz QASIMOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər