NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Naxçıvanda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu cədvəli açıqlanıb

...

Naxçıvan Muxtar Respublikasında vətəndaş müraciətlərinin yerində və operativ şəkildə dinlənilməsi məqsədilə 2026-cı ilin iyun ayında mərkəzi icra hakimiyyəti orqanlarının və digər dövlət qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaş qəbulları keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, qəbul günlərində cədvəldə qeyd olunan sahələr üzrə məsul şəxslər vətəndaşların müraciətlərini dinləyəcək, qaldırılan məsələlərin operativ həlli istiqamətində müvafiq tədbirlər görüləcək.
Qəbullar müəyyən edilmiş günlərdə saat 11:00-da başlayacaq. Qəbul qrafiki ilə vətəndaşlar əvvəlcədən tanış olaraq onları maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edə bilərlər.

Nəşr edilib : 18.05.2026 19:48