NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir

...

Naxçıvanda Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Mediasiya Şurasının təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu"  mövzusunda regional konfrans keçirilir.

"Şərq qapısı" xəbər verir ki, konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra Naxçıvan Muxtar Respublikasında vəkillik fəaliyyətinə dair son üç ili əhatə edən hesabat-videoçarx nümayiş etdirilib.

Konfransda rəsmi çıxışlar olacaq, müzakirələr aparılacaq.

Nəşr edilib : 08.06.2026 11:28