NAXÇIVAN :

28 Dekabr 2024, Şənbə

Naxçıvanda ilk dəfə olaraq gənclərin çağrışaqədərki hərbi rəhbər vəzifəsinə işə qəbul müsabiqəsi keçirilib

...

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası  Təhsil Nazirliyinə tabe təhsil müəssisələrində  vakant olan  gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə keçirilib.
Müsabiqədə 24 sentyabr-10 oktyabr tarixləri arasında elan olunan  sənəd qəbulunda iştirak edən 21 namizəddən 16-sı iştirak edib. 
Naxçıvan Şəhər  Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən müsabiqədə namizədlərə 20 vəzifə proqramı, 5 məntiqi təfəkkür və 5 dünyagörüşü olmaqla, ümumilikdə, 30 test tapşırığı təqdim olunub  və bu tapşırıqların yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt ayrılıb. 
 Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.
Qeyd edək ki, namizədlərin test imtahanı nəticələrinə əsasən keçid balı 10 bal müəyyənləşdirilib və 5 namizəd keçid balını toplayıb.  
Məlumat üçün bildirək ki, müsabiqəyə ümumtəhsil müəssisələrindən 23 vakant vəzifə çıxarılıb.

Nəşr edilib : 27.12.2024 19:34