NAXÇIVAN :

18 Mart 2025, Çərşənbə axşamı

Naxçıvanda “İlandağ” geoloji parkı yaradılacaq

...

"Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq ötən il Şərur və Kəngərli rayonlarının 1649,3 hektar ərazisində yaradılacaq “Ovçuluq təsərrüfatı”nın rəqəmsal xəritəsi hazırlanıb, sənədləşmə işlərinə başlanılıb. Muxtar respublika ərazisində yaradılması nəzərdə tutulan “İlandağ” geoloji parkının rəqəmsal xəritəsi və parkın hüdudları daxilində yerləşən obyektlərin pasportu tərəfimizdən yenidən hazırlanıb, aidiyyəti qurumlar tərəfindən rəylərin verilməsi üçün göndərilib. UNESCO-nun tələblərinə uyğun sənədləşmə işlərinin aparılması üçün donor təşkilat axtarılır".

“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Əlincə dağına respublika əhəmiyyətli təbiət abidəsi statusunun verilməsi ilə bağlı müvafiq işlər aparılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə respublika əhəmiyyətli  təbiət abidəsi statusu verilib. “Əlincədağ” təbiət abidəsinin ərazisinə aidiyyəti qurumlarla birlikdə baxış keçirilib, müvafiq ölçü işləri aparılıb, təbiət abidəsinin yerquruluşu planı və pasportu hazırlanmış, təbiət abidəsinin yerləşdiyi ərazinin torpaq mülkiyyətçisi ilə mühafizə öhdəliklərini müəyyən edən müqavilə bağlanıb, giriş hissəyə məlumat lövhəsi quraşdırılıb.

Nəşr edilib : 17.03.2025 15:41