QHT: İqlim maliyyələşdirilməsi Qlobal Şimalın etdi...
17:29 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
"Şərq qapısı" xəbər verir ki, oktyabrın 23-ü Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən "Qərbi Azərbaycana dönüş prosesində gənclərin fəallığının artırılması" qrant layihəsi çərçivəsində "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu keçirilib. Oyuna Hərbi Kollecin kursantları da olmaqla, 9 komanda qatılıb.
İntellektual yarışmadan öncə Qərbi Azərbaycanın azərbaycanlılara məxsus ərazilərinin, tarixi abidələrinin, mədəni irsinin gənclərə tanıdılması, xalqımıza qarşı törədilmiş qanlı cinayətlər və kütləvi deportasiyalarla bağlı gənclərin məlumatlılıq səviyyəsini yüksəltmək, eləcə də onlarda milli şüurun formalaşmasına xidmət edən müzakirələr aparılıb.
Nazirliyin əməkdaşı Valeh Mahmudov və ictimai birliyin sədri Cavid Əliyev “Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu” mövzusunda fikirlərini bölüşüblər. Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdış ideyası uğrunda görülən işlər Prezident cənab İlham Əliyevin göstəriş və tövsiyələri rəhbər tutularaq sülh, beynəlxalq hüquq və ədalət prinsipləri əsasında məqsədyönlü və sistemli şəkildə davam etdirilir. Ölkəmizin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə doğru formada ötürülməsi işində gənclərin aktiv iştirakı vacibdir. Çıxışlarda gənclərin bilik və bacarıqlarını soydaşlarımızın hüquqlarının bərpası uğrunda səfərbər edəcəklərinə inam ifadə olunub.
Diskussiya formatında davam edən tədbirdə gənclər mövzu ilə bağlı fikirlərini ifadə edib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıblar.
Sonra intellektual oyuna start verilib. Yarışmanın bütün sualları layihənin əhatə etdiyi mövzu ilə bağlı olub. İlk üç yerin sahiblərinə diplom təqdim olunub.
Digər xəbərlər