Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
NAXÇIVAN :
23 Aprel 2026, Cümə axşamı
Yanvarın 30-da Naxçıvan Dövlət Milli Dram Teatrında 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Azərbaycan gəncliyi – gələcəyin gücü” adlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət nazirliklərinin birgə təşkil etdiyi tədbirdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Sonra gənclərin fəaliyyəti və uğurlarını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, elmi-mədəni və idman həyatında fəal iştirak edən aparıcı qüvvəyə çevrilib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, bu siyasətin nəticəsi olaraq gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların yaradıldığı vurğulanıb. Bildirilib ki, dövlətin davamlı dəstəyi sayəsində Azərbaycan gəncləri beynəlxalq arenalarda ölkəni layiqincə təmsil edir, elm, mədəniyyət, idman və digər sahələrdə mühüm nailiyyətlər qazanırlar. Gənclər siyasəti çərçivəsində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlərdən bəhs edən nazir müavini bildirib ki, görülən işlər gənclərdə vətənpərvərlik ruhunun, vətəndaş məsuliyyətinin və milli-mənəvi dəyərlərə bağlılığın möhkəmlənməsinə, onların bilik və bacarıqlarının sistemli şəkildə inkişafına xidmət etmişdir.
Fəal gənclər adından çıxış edən Yusif Mirzəzadə dövlətimiz tərəfindən gənclərin inkişafı istiqamətində görülən işlərin stimulverici olduğunu bildirib. Azərbaycan gəncliyinin yüksək potensialı, gələcəyə olan inamı və gözləntiləri barədə fikirlərini bölüşüb.
Daha sonra müxtəlif sahələrdə fərqlənmiş gənclər, o cümlədən gənclərlə iş sahəsində fəal əməkdaşlığı olan təşkilatların nümayəndələri mükafatlandırılıblar.
Tədbir Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konsert proqramı ilə davam edib. Sonda isə gənclərlə iş sahəsində həyata keçirilən işləri əks etdirən fotolardan və gənclərin rəsm nümunələrindən ibarət sərgiyə baxış keçirilib.
Digər xəbərlər