NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Naxçıvanda “Gənc Fest” festivalı keçiriləcək

...

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında Naxçıvan şəhərində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənc Fest” festivalı keçiriləcək.

Ölkəmizdə həyata keçirilən “Gənclər həftəsi” proqramı çərçivəsində təşkil olunacaq festival fevralın 6-sı saat 14:00-da "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində baş tutacaq.  

Festival çərçivəsində hərbi-vətənpərvərlik, yaradıcılıq və əyləncə zonaları fəaliyyət göstərəcək, intellektual müsabiqələr, interaktiv təlimlər təşkil olunacaq. Festivalda, həmçinin tanınmış ifaçı Mətin Hüseynzadə (Madteen) konsert proqramı ilə çıxış edəcək.

“Gənc Fest” gənclərin intellektual, yaradıcı və fiziki potensialının inkişaf etdirilməsi, onların sosial fəallığının artırılması və milli-mənəvi dəyərlərə bağlılıq ruhunun gücləndirilməsi məqsədi daşıyır.

Nəşr edilib : 03.02.2026 10:56