NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin 95,7 faizi həll edilib

...

Cari ilin yanvar-mart aylarında Naxçıvanda vergi orqanlarına, ümumilikdə, 361 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz azdır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, müraciətlərdən 88,4 faizini ərizələr, 11 faizini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib. Müraciətlərin 95,8 faizinin baxılması cari dövr ərzində başa çatdırılıb, 4,2 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,7 faizi həll olunub, 2,9 faizi ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib, qalanları barədə müvafiq izahat verilib. 
Daxil olmuş faktiki şikayətlərdən 92,5 faizi həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, vergi bəyannamələri, vergi borcu, vergiödəyicisinin qeydiyyatı və digər məsələlərlə bağlı olub.
2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən, ümumilikdə, 63 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Nəşr edilib : 23.04.2026 13:09