XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində...
16:56 07.12.2025
0
0
0
Naxçıvan Təlim Mərkəzinin “Dövlət Satınalmaları və Tender Təlimi” proqramı çərçivəsində növbəti qrup təlimlərini uğurla başa vurub.
Oktyabrın 15-də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati binasında başlayan təlim bir ay davam edib. Dövlət Satınalmaları ilə iş sektorunun baş məsləhətçisi Əli Abbaszadənin tədrisi ilə keçirilən proqram iştirakçıların satınalma qanunvericiliyi, prosedurların mərhələləri, şərtlər toplusunun hazırlanması, qiymətləndirmə meyarları, etiraz və şikayət mexanizmləri barədə biliklərini dərinləşdirib.
Noyabrın 5-də keçirilən yekun sertifikasiya imtahanında Naxçıvan Muxtar Respublikasının 33 dövlət qurumunu təmsil edən əməkdaşlar iştirak ediblər. Yaxşı nəticə göstərən iştirakçılara “Uğur Sertifikatı” təqdim olunacaq.
Qeyd edək ki, Naxçıvan Təlim Mərkəzi tərəfindən təşkil edilən “Dövlət Satınalmaları və Tender Təlimi” proqramının yeni mövsümü davam edir. Məqsəd dövlət qurumlarında çalışan əməkdaşların peşəkar potensialını gücləndirmək, həmçinin satınalma proseslərində şəffaflıq və səmərəliliyi artırmaqdır.
Digər xəbərlər