NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Naxçıvanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 47,7 faiz artıb

...

2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 133 yeni icarə müqaviləsi bağlanılıb.
"Şərq qapısı" Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, yeni bağlanılan müqavilələrin 87-si qeyri-yaşayış, 46-sı isə torpaq sahələrinə aid olub. 165 icarə müqaviləsinin müddəti uzadılıb.
Ötən 8 ay ərzində qüvvədə olan icarə müqavilələri üzrə dövlət büdcəsinə, ümumilikdə, 643,5 min manat vəsait ödənilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz çoxdur.

Nəşr edilib : 22.09.2026 15:08