NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Maka Boçorişvili: ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakı regionda yeni imkanlar yaradır

...

ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakı Cənubi Qafqazda yeni imkanlar yaradır.

"Şərq qapısı" Gürcüstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən illik Konkordiya sammitində bildirib.

“Cənub-Şərqi Avropa və Qara dəniz sabitliyin sütunu kimi” adlı panel müzakirəsində çıxış edən nazir Cənubi Qafqazın artan geosiyasi əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, regionda gedən proseslərin əhəmiyyəti təkcə regional deyil, həm də qlobal miqyasda artır və bu, Gürcüstan üçün yeni imkanlar yaradır.

Maka Boçorişvili Gürcüstanın Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Nəşr edilib : 22.09.2026 15:39