Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laç...
16:34 22.09.2026
0
0
0
Naxçıvanda əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə bağlı media nümayəndələri üçün mediatur təşkil olunub.
“Şərq qapısı” xəbər verir ki, mediatur zamanı jurnalistlər mərkəzdə müalicə alan şəxslərlə görüşərək onların reabilitasiya prosesi barədə fikirlərini öyrəniblər.
Mərkəzin pasiyenti Şəlalə Mirzəyeva 22 ildir, burada müalicə aldığını və göstərilən xidmətlərdən razı qaldığını bildirib. Onun sözlərinə görə, fizioterapiya, masaj və digər prosedurlar sağlamlığında müsbət dəyişikliklərin yaranmasına kömək edib.
“Burada həkimlərdən, tibb bacılarından, bütün əməkdaşlardan razıyıq. Müalicələrin mənə çox yaxşı təsiri var. Bura müalicəyə gəlməmişdən əvvəl addım-addım belə yeriyə bilmirdim. İndi isə şükür Allaha, vəziyyətim xeyli yaxşılaşıb, lazım olmadıqca oturmuram, hərəkət edirəm”, – deyə Şəlalə Mirzəyeva qeyd edib.
O, mərkəzdə tətbiq olunan müalicə üsullarını və müasir avadanlıqları da yüksək qiymətləndirib: “Xidmətlər çox gözəldir, aparatlar yüksək səviyyədədir. Masaj, fizioterapiya – hər birindən razıyam".
Digər xəbərlər