NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Naxçıvanda “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans keçirilir-YENİLƏNƏCƏK

...

"Naxçıvan Saray"da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans keçirilir.
"Şərq qapısı" xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. 
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və digər dövlət rəsmləri, din xadimləri, axundlar iştirak edirlər.
Konfrans çərçivəsində müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxışları olacaq, sessiyalarda dövlət-din münasibətlərinin müxtəlif aspektləri, dini maarifləndirmə sahəsində qarşıda duran problemlər və onların həlli yolları müzakirə ediləcək.

Nəşr edilib : 30.11.2024 10:11